Beynəlxalq sularda balıq tutan Türkiyə balıqçıları yunanların hücumuna məruz qalıb.
Yenicag.az haber7.com-a istinadən xəbər verir ki, Aydın bölgəsindən Egey dənizinə çıxan balıqçılara Yunanıstanın sahil-mühafizə kateri hücum edib.
Məlumata görə, balıqçılar Samos adasından 6, Eşşək adasından isə 4 mil məsafədə ov ediblər.
Bu zaman onlara yaxınlışan Yunanıstan sahil-mühafizə katerindəki əsgərlər balıqçıları rezin güllələrlə atəşə tutublar. Bundan başqa, yunanlar türk balıqçıların katerinin pəncərələrini də daşla sındıraraq, motoru torla sıradan çıxarmağa cəhd göstəriblər.