Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Yunanıstan avrozonadan uzaqlaşdırıldı

d718f8229fe3580a6dd29fe07bac74a4Almaniyanın maliyyə naziri Volfqanq Şoyble Yunanıstanın avrozonadan müvəqqəti uzaqlaşdırılmasına dair planı vitse-kansler Ziqmar Qabriel ilə razılaşdırıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə ZDF telekanalı hökumətdəki mənbəyə istinadən məlumat yayıb.

Bundan əvvəl “FAZ” nəşri Almaniyanın Maliyyə Nazirliyinin Yunanıstanın iyulun 9-da Avroqrupa təqdim etdiyi təkliflərin qənaətbəxş olmadığı barədə rəy verdiyini bildirib. Məlumata görə, sənəddə Afinanı Aİ-də üzvlüyü saxlanılaraq 5 il müddətinə avrozonadan uzaqlaşdırmaq təklif olunur.

“Şoyblenin Yunanıstanın avrozonadan müvəqqəti kənarlaşdırılmasına dair planı kansler Merkel ilə razılaşdırılıb, Qabriel də bu barədə məlumatlandırılıb”, deyə ZDF məlumat verir.

www.yenicag.az

172