Yunanıstan hərbçiləri miqrantlara atəş açdı – Ölən və yaralanalar var – VİDEO

Yunanıstan hərbçiləri Türkiyədən Avropa ölkələrinə keçmək istəyən miqrantlara atəş açıb.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, atəş nəticəsində 1 qaçqın ölüb.

Hərbçilərin istifadə etdikləri səs bombası və bibər qazı nəticəsində isə uşaqlar zəhərlənib.

Xatırladaq ki, fevralın 28-də İdlib bölgəsində 36 hərbçinin şəhid olması səbəbindən Türkiyə suriyalı qaçqınların Avropa İttifaqına yolunu açdı. 28-dən etibarən miqrantlar sərhədləri keçmək üçün yola düşdülər.

 

COP29