!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yunanıstan Qaqiyevin “sağ əlini” Rusiyaya təhvil verdi

!Reklam – Yazi

Yunanıstan Rusiyada 60-dan çox qətl törətməkdə ittiham edilən Aslan Qaqiyevin sağ əli olan şəxsi bu ölkəyə təhvil verib.

Yenicag.az xəbər verir ki, söhbət Artur Cioyevdən gedir. Hansı ki, o, beynəlxalq axtarışa verilmişdi. Bu barədə Tədqiqat Komitəsi məlumat yayıb.

Rusiya Federasiyasının rəsmi nümayəndəsi Svetlana Petrenkonun sözlərinə görə, fevralın 21-də Yunanıstan tərəfindən təhvil alınan Cioyev artıq həbs olunub.

Xatırladaq ki, bu şəxs Yunanıstan ərazisində 2015-ci ildə saxlanılmışdı.

Qaqiyevin özü isə 2015-ci ilin yanvarından Vyanada həbsdədir. Rusiya Baş Prokurorluğu onun ekstradisiyası üçün dəfələrlə səy göstərsə də, hələ bu məsələ həllini tapmayıb.

Aslan Qaqiyevin rəhbərlik etdiyi cinayətkar qrup Rusiyada 60-a yaxın cinayətdə günahlandırılır. Onların 2004-cü ildən bəri fəaliyyət göstərdiyi bildirilir.

www.yenicag.az

1116
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv