Yunanıstan sahillərində zəlzələ

Aralıq dənizinin Yunanıstan sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

Yenicag.az-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri 730 min sakini olan Afina şəhərindən 453 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Hadisə nəticəsində hər hansı itki və ya fəsadlar barədə məlumat verilməyib.