Yunanıstan səfiri itkin düşüb

greek_flag_040215Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridis Rio-de-Janeyroda itkin düşüb.

Yeniçağ.Az Trend-ə istinadən xəbər verir ki, sonuncu dəfə diplomat həftənin bazarertəsi görünüb.

Braziliya polisi hazırda səfirin axtarışı ilə məşğuldur.

Qeyd edək ki, səfirlik Braziliyanın paytaxtı Braziliada yerləşir. Səfir isə Rio-de-Janeyroya yeni il tətilini keçirməyə gedib.

Yeniçağ.Az