Yunanıstan silkələndi

Yunanıstanda 4,6 bal gücündə zəlzələ baş verib.

Yenicag.az-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Afina şəhərindən 20 kilometr şimal-qərbdə, ocağı isə 9 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.