Yunanıstan Türkiyə ilə sərhədə 140 kilometrlik hasar çəkəcək

Yunanıstan Türkiyə ilə quru sərhədi boyunca 140 km-lik hasar çəkəcək. 

Yenicag.az xəbər verir ki, bununla da Türkiyə ilə Yunanıstan arasındakı quru sərhəd tamamilə hasarlanmış olacaq.

Hazırda mövcud 40 km-lik hasarın uzadılmasına başlanılıb.

Yunan polisinin məlumatına görə, ilin ilk yeddi ayı ərzində hakimiyyət orqanları Türkiyədən keçməyə çalışan 7 484 qaçqın və miqrantı həbs edib. /Unikal/