Beynəlxalq Valyuta Fondu Yunanıstana borclarını qaytarmaq üçün əlavə vaxt verməyəcək.
Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bu açıqlamanı BVF-un başçısı Kristin Laqar Vaşinqtonda çıxışı zamanı verib.
“30 il ərzində ödənişlər barədə vaxtın dayandırılması BVF-yə təqdim olunmayıb”- deyə xanım Laqard qeyd edib. “Biz fondun ödənişləri ləngitmələr barədə siyasətini başa salmaq qüdrətindəyik və belə halların tarixcəsini cənab Varufakisə (Yanis Varufakis- Yunanıstan maliyyə naziri) təqdim etmişik”- deyə Laqard əlavə edib.
Lakin, eyni zamanda Afinada ödənişlərin edilməsi üçün əlavə vaxt istənilməsi təkzib edilir.
Bundan əvvəl məlum olmuşdu ki, kreditorların köməyinin kəsildiyi təqdirdə Yunanıstan defolt elan edə bilər.