!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yunanıstan yenidən güclü yanğınlarla üz-üzə

!Reklam – Yazi

Yunanıstan yenidən güclü yanğınlarla üz-üzə qalıb.

Yenicag.az xəbər verir ki, bu dəfə Evbeya adasındakı Attika regionunda güclü meşə yanğınları başlayıb.

Ölkənin yanğınlarla mübarizə idarəsindən verilən məlumata görə, güclü külək və isti hava şəraiti yanğının qarşısını almağa problem yaradır.

210 nəfərdən ibarət yanğınsöndürmə xidmətinə 57 yanğınsöndürən maşın, altı təyyarə, 5 vertolyot kömək edir.

Yerli əhalinin həyati təhlükəsi olmasa da, onların evakuasiyası da nəzərdə tutulub.

Xatırladaq ki, Yunanıstanda iyulun 23-də başlayan əvvəlki güclü yanğınlar zamanı 94 nəfər dünyasını dəyişib, 190 nəfər müxtəlif xəsarətlər alıb.

www.yenicag.az

9375
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv