Yunanıstan Ali Məhkəməsinin sədri Yekaterina Sakellaropulu ölkə prezidenti seçilib.
Yenicag.az xəbər verir ki, bu gün səhər saatlarında parlamentdə keçirilən səsvermədə 300 deputatdan 200-dən çoxu Y. Sakellaropuluya səs verib.
Y. Sakellaropulu Yunanıstanda ilk qadın prezident kimi tarixə düşüb.