Yunanıstanda növbədənkənar parlament seçkiləri keçirilir

Bu gün Yunanıstanda növbədənkənar parlament seçkiləri start götürüb.

Yenicag.az xəbər verir ki, 10 milyona yaxın seçicinin qeydə alındığı ölkədə 59 seçki dairəsində 21 min 478 seçki qutusu qoyulub. Səsvermə yerli vaxtla saat 7:00-dan 19:00-dək davam edəcək.

Baş nazir Aleksis Tsiprasın qərarı ilə dörd ay əvvələ çəkilən seçkiyə 20 siyasi partiya qatılıb. Onlar parlamentdəki 300 kürsü uğrunda mübarizə aparırlar. Ölkənin seçki sisteminə əsasən, hökumət qurmağı asanlaşdırmaq məqsədilə seçkilərdə qalib gələn partiya əlavə 50 deputat mandatı qazanacaq.

Analitiklərin fikrincə, əsas mübarizə Tsiprasın liderlik etdiyi SYRIZA və müxalifətdəki Yeni Demokratiya partiyaları arasında gedəcək.

Bununla yanaşı, ictimai rəy sorğuları seçkilərdə sabiq nazir, 51 yaşlı Kiriakos Miçotakisin rəhbərlik etdiy sağ mərkəzçi Yeni Demokratiya partiyasının qalib gələcəyini göstərir. Belə ki, MARC sosioloji kompaniyasının iyulun 5-də dərc olunmuş son rəy sorğusunun nəticələrinə əsasən, “Yeni Demokratiya” səslərin 35,7 faizini, SYRIZA isə 24,7 faizini qazana bilər. Bu isə 300 yerlik birpalatalı parlamentdə müvafiq olaraq 151-165 və 70-82 mandat deməkdir./AZƏRTAC/

COP29