Yunanıstanda şiddətli zəlzələ baş verdi

Yunanıstanın Krit adasında 6,3 bal gücündə zəlzələ olub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd edilib ki, yerin 6,62 kilometr dərinliyində baş vermiş zəlzələnin maqnitudası 6,3 bal olub.

Yeraltı təkanlar Egey dənizinin Türkiyə sahillərində də hiss edilib.