!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yunanıstanda sükut günü-FOTO, VİDEO

!Reklam – Yazi

img1841466Yunanıstanda sabah keçiriləcək referendum ərəfəsində bu gün süküt günüdür. Yunanlar sabah qərar verməlidirlər: Ölkədə sosial və iqtisadi siyasətin sərtləşdirilməsinə cavab olaraq maliyyə yardımı təklif edən kreditorların tələblərinə “hə” və ya “yox” deməli?
Ötən gün paytaxt Afinada və ölkənin digər şəhərlərində hər iki cavabın tərəfdarlarının geniş miqyaslı mitinqlərin müşaiəti ilə keçirilən təbliğat kampaniyası sona çatıb.

Yunanıstanda referendum qabağı sükut günü. Foto:Reuters

Bu gecə təkcə Afinada referenduma dair keçirilən mitinqlərə on minlərlə insan qatılıb. Ölkə partlamentiin yaxınlığında, mərkəzi Sintagma meydanına kreditorlara “yox” deyənlər, Mərmər stadionuna isə məsələnin kreditorların xeyrinə həll olunmasının tərəfdarları çıxıb. Referendum ərəfəsində Avropanın sərt iqtisadi tələblərinə qarşı çıxan fəalların da aksiyası baş tutub.
Afinada referenduma dair keçirilən mitinqlərə on minlərlə insan qatılıb

Mitinqin kuliminasiyası baş nazir Aleksis Tsiprasın çıxışı olub. Tsipras ölkəsində referendumun keçirilməsi ilə demokratiyanın əsas prinsipinə nail olduğları üçün yunanların artıq qalib olduğunu söyləyib. Baş nazir xalqının kreditorların təkliflərini rədd edəcəyi halda Yunanıstanın daha sərfəli razılıq əldə edəcəyinə şanslarının artacağın da əmindir. Tsipras ölkəsinin Avrozonada çıxmaq məqsədinin güdmədiyini də xüsusi vurğulayıb.

 

İyunun 30-da Yunanıstan Beynəlxalq Valyuta Fonduna (BVF) 1.6 milyard avro civarına borcnu ödəmkdən imtina edib. Bununla da Yunanıstan bu ödənişi etməyən ilk inkşaf etmiş iqtisadiyyata malik ölkə olub. Ölkə ödəniş tarixinin təxirə salınmasını xahiş edib, BVF-in direktorlar şurası isə bu məsələyə müəyyən edilmiş qaydada baxılacağını bəyan edib.

Bundan əlavə iyulun 1-də Yunanıstana ikinci yardım proqramı da başa çatıb. Ölkə höküməti programın müddətinin uzadılmasını xahiş etsə də, Avrozonanın maliyyə nazirləri və Avropa liderləri bu xahişə soyuq yanaşaraq Yunanıstana qəti “yox” deyiblər.
Almaniya kansleri Angela Merkel yardım proqramına dair sualların müzakirələrinə yalnız iyulun 5, Yunanıstanda refendum baş tutandan sonra qayıtmağın mümkün olacağını bəyan edib.

www.yenicag.az

476
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv