Yunanıstanda Türkiyə konsulluğuna hücum olub

Yunanıstanın Saloniki şəhərində naməlum şəxslər Türkiyənin konsulluğuna hücum ediblər.

Yeniçağ.Az-ın “Trend”ə istinadən verdiyi məlumatına görə, naməlum şəxslər binanın qarşısında duran polis əməkdaşlarına iki Molotov kokteyli atıblar.

Hadisə nəticəsində xəsarət alan olmayıb, binanın fasadına ziyan dəyməyib.

Yeniçağ.Az