Yunanıstanın cənubunda 4,4 bal gücündə zəlzələ baş verib.
Yenicag.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirlib ki, yeraltı təkanların episentri təxminən 168 min nəfər əhalisi olan Patra şəhərindən 37 km şimalda, zəlzələnin ocağı isə 5 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.