Yunanıstandakı meşə yanğınlarında ölənlərin sayı 91-ə çatdı

Yunanıstanda baş verən meşə yanğınları nəticəsində ümumilikdə 91 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə yayılan rəsmi məlumatlara görə, daha 25 nəfər itkin düşmüş hesab olunur.

Faciə ilə əlaqədar ölkədə 3 günlük matəm elan edilib. Paytaxt Afinanın da daxil olduğu Attika bölgəsində fövqəladə vəziyyət elan edilib.

Yunanıstanın mülki müdafiə naziri Nikos Toskas yanğının qəsdən törədilməsini istisna etməyib.

COP29