Yunanıstanı külə çevirən yanğının səbəbi açıqlanıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Yunanıstanda 82 insanın həyatına son qoyan yanğına səbəb istismar müddəti keçmiş elektrik naqillərində baş verən nasazlıq olub.
Hadisə yerinə gələn Yunanıstanın Milli Müdafiə naziri Panos Kammenos sərt reaksiya ilə qarşılaşıb.
Vətəndaşlar ona “Bizi Allahın ümidinə buraxdınız” deyə etiraz ediblər.
Açıqlama verən Kammenos toplanan yardımlarla binaların yenidən inşa ediləcəyini bildirib.
Qeyd edək ki, son məlumatlara görə, paytaxt Afina yaxınlığında meşə yanğınları zamanı ölənlərdən 23-ü uşaq olub. 187 nəfər isə yaralanıb.