Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Yunanıstanın bütün dialoq kanallarını canlandırmasını gözləyirik - Mövlud Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Yunanıstanı Şərqi Aralıq dənizi cəbhəsində qeyd-şərtsiz dialoqa çağıraraq, “Əslində hansı yoldan gedəcəyimizlə bağlı seçim nə Türkiyə, nə Fransa, nə də bir başqasının deyil, Yunanıstanın dəyərli liderlərinin və xalqınındır” mesajını verib. Yunan qəzeti olan “Kathimerini” üçün məqalələr yazan Çavuşoğlu və yunan həmkarı Nikos Dendias iki ölkə arasında “məqalə diplomatiyasını” başladıb.

Nazir Çavuşoğlu “Şərqi Aralıq dənizindəki prioritetimiz, qeyd-şərtsiz diplomatiya” adlı məqaləsində “Hansı yoldan gediləcəyinə dair seçimin Yunan liderlərdə olduğunu” vurğulayıb.

Aralıq dənizinin hər zaman mədəniyyətin beşiyi, qarşlıqlı mədəni və iqtisadi təsir hövzəsi olduğunu nəzərə çatdıran Çavuşoğlu, “Bu bölgədə keçmişimiz, bu günümüz və gələcəyimiz bir-birinə qarımış vəziyyətdədir.

Türkiyə və Yunanıstanın hər zaman yalnız iki seçim olub: “Ya hər iki tərəfə zərər verəcək şəkildə bir-birinizlə mübahisə etmək, ya da hər iki tərəfin qazanması üçün düstur tapmaq”- deyə bildirib.

Mövzu ilə bağlı Türkiyənin mövqeyinə toxunan Çavuşoğlu, bunları söyləyib və bildirib ki, “Şərqi Aralıq dənizindəki əsas hədəflərimiz aydındır:

– Kontinental şelf hüquqlarımızın maksimalist və həddindən artıq dəniz sərhəd iddialarına qarşı qorunması;

– Ədalətli gəlir bölüşdürmə mexanizmi quraraq Kiprli Türklərin adanın açıq dənizdəki mənbələrindəki bərabərlik hüquqlarının qorunması;

– Kiprli Türklər daxil bütün tərəflərin iştirakı ilə hərtərəfli və ədalətə söykənən dəniz enerji əməkdaşlıq mexanizmlərinin (bu istiqamətdəki tövsiyələr hələ də masadadır) Şərqi Aralıq dənizində yaradılması”.

Çavuşoğlu, “Türkiyəyə dəniz sərhədlərinin təyin edilməsi məsələsində heç bir səlahiyyəti olmayan Avropa İttifaqı (Aİ) vasitəsilə maksimalist iddialar irəli sürülə bilməyəcəyini vurğulayaraq vurğulayıb ki, “Türkiyədən yalnız 2 kilometr , Yunanıstan sahilindən isə 580 kilometr uzaqlıqda olan Meis kimi kiçik bir ada üçün 40 min kvadrat kilometrə yaxın kontinental şelf iddia edərək Türkiyənin açıq dənizlərdə və öz dəniz yurisdiksiyalarına girişi inkar edə bilməzsiniz. Heç bir qanun, məntiq və ya əsas ədalət hissi bu mövzuda əks bir mübahisəyə yol vermir.

Bölgədəki ən uzun sahil zolağı, artan əhali, enerji tələbatı və istehsal gücünə sahib olan Türkiyə kimi bir ölkəni, öz ətrafdakı sərvətlərdən məhrum etmə cəhdləri həqiqətə uyğun deyil. Əvvəllər də dəfələrlə dediyimiz kimi, bu olmayacaq.
Bu səbəblə, Türkiyə, təməl mənafelərinə zərər vermə təşəbbüslərinə icazə verməməklə stabil bir duruş nümayiş etdirir. Bölgədəki dəniz qüvvələri varlığımızı hücum məqsədləri üçün deyil, qitə şelfimizdəki seysmik kəşfiyyat fəaliyyətimizə müdaxiləyə qarşı qanuni özünümüdafiə üçün saxlayırıq”.

Dialoq və danışıqların həqiqətən beynəlxalq sərhəddə dəniz sərhəd problemi ilə məşğul olmaq üçün ilk və ən əhəmiyyətli vasitəsi olduğunu ifadə edən Çavuşoğlu, “Bu səbəbdən Yunanıstanın Türkiyə ilə ön şərt olmadan bütün dialoq kanallarını canlandırmasını gözləyirik. İlkin şərtlər əks-ilkin şərtlər yaradır (inanın, biz də bir neçə ilkin şərtlə gələ bilərik) və bu səbəbdən bunlar iki qonşu arasında danışıqlar imkanları axtarmağın yaxşı bir yolu deyil ” deyə bildirib.

www.yenicag.az

136