Ermənistanın Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Tiqran Mkrtçyan martın 1-də Yunanıstanın milli müdafiə naziri Nikos Dendias ilə görüşüb.
Yenicag.az xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib.
Tərəflər Ermənistan və Yunanıstan arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlıq istiqamətində atılan və atılacaq addımları müzakirə ediblər.
Bu kontekstdə Ermənistan müdafiə nazirinin 2023-cü ilin dekabrında Yunanıstana rəsmi səfəri zamanı əldə olunan razılaşmaların icra prosesi müzakirə olunub.
Səfir Tiqran Mkrtçyan Yunanıstanın müdafiə nazirinin gələn həftə Ermənistana rəsmi səfərinin iki ölkənin hərbi sahədə genişlənən əməkdaşlığına yeni təkan verəcəyini vurğulayıb.