Yunanıstanın müdafiə naziri türkiyəli həmkarına təşəkkür ETDİ

Türkiyənin müdafiə naziri Yaşar Gülər ​​Yunanıstanın müdafiə naziri Nikos Dendias ilə telefon danışığı aparıb.

Yenicag.az xəbər verir ki, Gülər ​​qəzaya uğrayan F-16 təyyarəsinin yaralı yunan pilotuna tezliklə şəfa diləyib.

Dendias da öz növbəsində Gülərə səmimi arzularına və pilotla səmimi marağına görə təşəkkür edib.