Yunanıstanın son şansı

440779-копияYunanıstanda referendumda səsvermə keçirilir.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Yunanıstan vətəndaşları ölkənin beynəlxalq kreditorlarla razılaşmasının şərtlərinə münasibət bildirməli, ölkənin kreditorlar tərəfindən irəli sürülmüş şərtləri qəbul edib-etməyəcəyinə qərar verməlidirlər.

Referendumda səsvermə saat 7.00-dan 19.00-dək keçiriləcək.

Qeyd edək ki, Yunanıstan Beynəlxalq Valyuta Fonduna olan borcunun 1,6 milyard dollarlıq hissəsini iyunun 30-da ödəməli olsa da, bunu etməyib. Bu isə texniki defolt mənasına gəlir.