Yunanıstanla əməkdaşlıq perspektivləri müzakirə edildi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-da BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Yunanıstanın xarici işlər naziri George Gerapetritislə görüş keçirib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Görüş zamanı tərəflər ikitərəfli və regional əməkdaşlıq məsələlərini müzakirə edib, gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

COP29