Yunanıstanla Türkiyə arasında müharibə olsa, neçə gün çəkəcək? – Sabiq nazirdən savaş ssenarisi

Yunanıstanın keçmiş müdafiə naziri Evangelos Apostolakis Türkiyə ilə Yunanıstan arasında baş verə biləcək müharibə barədə praqnoz verib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, sabiq nazir iki ölkə arasında baş verə biləcək müharibənin 3-4 gün çəkəcəyini açıqlayıb.

Yunanıstan və Türkiyə arasındakı gərginliyi dəyərləndirən Apostolakis mümkün müharibə ssenarisində münaqişənin ən çox 3-4 gün davam edə biləcəyini bildirib.

İki ölkə arasında müharibə olacağı təqdirdə kimin qalib gələcəyini təxmin etməyin mümkün olmadığını vurğulayan sabiq nazir “Müharibə başlayarsa, münaqişənin bütün bölgəyə yayılma ehtimalı var. Bu, nəzarət altına alınmağa çalışılan, lakin idarə oluna bilməyən yanğına bənzəyir” deyib.