!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yunanlar ərəb şahzadəsini soydular - 1 milyon 200 minlik sərvət “buxarlandı”

!Reklam – Yazi

Yunanıstanın Mikonos adasında yay tətilinin keyfini çıxaran Səudiyyə Ərəbistanının şahzadəsi oğurluqla üzləşib.

Yenicag.az xəbər verir ki, adı açıqlanmayan şahzadənin bir milyon iki yüz min dollarlıq ləl-cəvahiratı oğurlanıb.

Mikonos adasının Kalafatis bölgəsində yerləşən lüks villada dincələn şahzadənin 15 nəfərlik təhlükəsizlik xidməti tərəfindən qorunduğu və özəl təyyarəsi ilə Parisə getməyə hazırlaşarkən, belə bir hadisə ilə qarşılaşdığı bildirilir.

Qeyd olunur ki, son üç ildə bu adada böyük oğurluq hadisələri baş verir və ərəb şahzadəsi də 15 nəfərlik mühafizəçiyə rəğmən yunan oğrulardan qurtula bilməyib.

www.yenicag.az

5429
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv