!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yunanlar Karpazı kilsələrə görə deyil, təbii qaza görə istəyirlər” - Professor Metin Feyzioğlu

!Reklam – Yazi

Kipr məsələsi ətrafında vəziyyətin gərginləşdiyi zamanda bir müddət prezident Rauf Denktaşın hüquqşünaslar heyətində yer alan və bu prosesləri yaxından izləyən, Türkiyə Vəkillər Birliyinin sədri, professor Metin Feyzioğlu Yenicag.az-a danışıb.

– Yanvar ayındakı görüşlərdən əvvəl Kipr məsələsində İstanbulda geniş tərkibli iclas təşkil edərək, lazımi xəbərdarlıqlar vermişdiniz. Nəticəsi olmayan görüşlər bir neçə ay sonra yenidən başladı. Lakin görünən odur ki, nəticə yenə də yoxdur. Bu barədə nə demək istərdiniz?

– İş dönüb-dolaşıb rəhmətlik prezidentimiz Denktaşın müdafiə etdiyi nöqtəyə gəlir: adada iki müstəqil dövlətdən başqa alternativ görünmür. Avropa İttifaqı və ABŞ indi də adada “kipr milləti” anlayışını ortaya ataraq, Türkiyəni hədəfə alır. Tamamilə süni olan bu anlayışın yunanlara heç bir zərəri yoxdur. Birbaşa Türkiyə hədəfə alınıb. Olmayan “kiprlilik” icra edilərsə, maksimum bir nəslin sonunda ada bütünlüklə yunanların olar. Oradakı türklər tamamilə assimilyasiyaya məruz qalarlar. “Kiprlilik” anlayışı yunanlar üzərində deyil, türklər üzərində təzyiq təşkil edir. Bu tələyə düşməmək lazımdır. Kipr türkləri adadakı tarixdən gələn şəxsiyyətini olduğu kimi qorumalıdırlar.

– Görüşlər əsnasında Türkiyəyə qarşı daha hansı tələlər qurula bilər?

– Torpaq paylaşdırmaq məsələsində yunanlar Kapraz burnu üzərində çox da dayanmırlar. Sizinlə çox vacib bir məlumatı paylaşmaq istəyirəm. İndiki görüşlərin pərdəarxasında türklər baxımından formalaşan gizli təhdid də bundan ibarətdir. Sizcə, yunanlar Karpaz burnunu oradakı 2-3 kilsədə ibadət etmək üçün istəyirlər? Aralıq dənizindəki təbii qaz mənbələrinin Kiprin cənubu ilə Afrika arasında olduğu düşünülür. Lakin Hacettepe universiteti təhsil işçilərinin ortaya qoyduqları araşdırmalar nəticəsində ən vacib təbii qaz yataqlarının Karpazla Hatay arasındakı sahədə olduğu aydınlaşıb. Yunanların Karpaza dair siyasətləri nəticəsində Hataydan Karpaza qədər uzanan İskəndərun körfəzi Qərbin adada qurmağı planlaşdırdığı Yunan dövlətinin əlinə keçəcək. Kilsədə ibadət mövzusu bu işin bəhanəsi və örtüyüdür. Onsuz da razılaşma əldə olunsa, yunanların gəlib Karpazdakı bir neçə kilsədə ibadət etməklərinə heç kəs mane olmayacaq. Əslində, məqsəd bölgədəki zəngin təbii qaz yataqlarını ələ keçirtməkdir. İndi də adadakı türk gəncləri arasında “Denktaş siyasətinin arxasınca getsəniz, kasıb qalacaqsınız”- deyə təbliğat aparılır. Düşünün ki, təbii qazla zəngin olan Hatay-Kapraz xətti yunanların hakimiyyətinə keçsə, adadakı türklər ən önəmli təbii qaz mənbələrini itirəcəklər. Kipr adası Türkiyənin hava gəmisidir, insan öz hava gəmisini başqalarına təslim edərmi? Türkiyə milləti dövlətilə, iqtidar-müxalifətilə bu mübarizədə bir addım da geri qalmayacaq.

– Hökumət bu mənada hansı addımları atmalıdır?

– Yunanlar hansı oyunu oynayırlarsa, oynasınlar. Türkiyə öz mövqeyindən geri addım atmayacaq. Heç bir hökumət Kipr mövzusunda “ver – xilas ol” yanaşmasını nümayiş etdirə bilməz. Hökumətimiz Kipr siyasətində radikal dəyişikliklər etməli və ora nağd pul göndərmək əvəzinə, təsərrüfata əsaslanan sənayenin qurulmasına dəstək verməlidir. Nağd pul göndərmək oradakı gənc nəsli yunanlar üçün cəzibədar edir. Çünki gənclik çalışmaq, mübarizə aparmaq əvəzinə rifah içində yaşamağı üstün tutur. Sabah yunanlar nağd pul verməyə başlasa, onların cazibəsinə uymaq məsələsi gündəmə gələ bilər. Dediyim kimi, təsərrüfata əsaslanan sənaye siyasəti inkişaf etdirilməlidir. İndiyə qədər heç bir hökumətin etmədiyi Mersin gömrüyündəki işlərin sadələşdirilməsi mövzusu tez bir zamanda həll edilməlidir. Konkret olaraq, biz bir yandan yunanların tələblərinə qarşı mübarizə apararkən, digər tərəfdən Kipr türklərinin hasilata, təsərrüfata və sənayeyə istiqamətlənmələri üçün çalışmalıyıq.

Yenicag.az

COP29

www.yenicag.az

983
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv