YUNESKO-nun yeni baş direktoru bəlli oldu

YUNESKO-nun yeni baş direktoru müəyyənləşib.

Yenicag.az xəbər verir ki, Fransanın sabiq mədəniyyət naziri Odri Azule bu təşkilatın baş direktoru vəzifəsinə seçilib. O, bu gün baş tutan səsvermədə 30 səs toplamaqla əsas rəqibini – 28 səs qazanan qətərli Həməd bin Ədüləziz Əl-Kavarini qabaqlayıb.

Qeyd edək ki, səsvermədə qələbə qazanmaq üçün azı 30 səs toplamaq lazım idi.

Xatırladaq ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini irəli sürmüşdü. Lakin onun namizədliyi elə səsvermənin əvvəlki mərhələlərindəcə dayandırılmışdı.

COP29