Yunis Səfərovu sui-qəsdə hazırlayan Tohid İbrahimbəyli kimdir? – FOTOLAR

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsd törətmiş Yunis Səfərovun əvvəllər hazırda İran İslam Respublikası ərazisində yaşayan Tohid İbrahimbəyli tərəfindən hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərildiyi müəyyən edilib.

Yenicag.az-ın məlumatına görə, Qeyd edək ki, Tohid İbrahimbəyli daima Azərbaycana qarşı təxribat xarakterli çıxışlarla yadda qalıb. O, İrana yaxınlığı ilə bilinən şəxslərdəndir. Əvvəllər Mübariz Ruhanilər Cəmiyyətinin (MRC) sədri olan Tohid İbrahimbəyli 2003-cü ildə Tehranda təşkil olunan konfransda iştirak edib və ayətullah Xamneyi ilə görüşüb. O, daha əvvəllər də həbs olunub. Belə ki, İbrahimbəyli İsrail səfirliyinin qarşısında keçirilən etiraz aksiyasında polis tərəfindən saxlanılıb, məhkəmənin qərarı ilə ona 7 sutka həbs verilmişdi.

Tohid İbrahimbəylinin atası Alim İbrahimli, anası isə Sudabə İbrahimlidir. Əslən Lənkəran şəhərindən olan ailə Məşəddə məskunlaşıb.

Dəfələrlə həbs olunan İbrahimbəyli barədə daha bir məhkəmə qərarı isə 2011-ci ilin yayına təsadüf edir. Həmin il Gəncəyə səfər edən “ilahiyyatçı” Gəncə polisi tərəfindən saxlanılıb və barəsində 5 günlük həbs qətiimkan tədbiri seçilib. Səbəb isə onun polisə müqavimət göstərməsi olub.

Qeyd edək ki, mütəmadi olaraq Azərbaycan dövlətçiliyi əleyhinə radikal çağırışlar edən Tohid İbrahimbəyli hələ 2017-ci ilin yanvarında radikal şiə təriqətçilərinə məxsus “nur-az.com” internet saytı vasitəsilə Elmar Vəliyevin öldürülməsinə çağırış edib.

Yunis Səfərovla bağlı məlumatın araşdırılması zamanı məlum olub ki, bır sıra Azərbaycan vətəndaşları 2013-2016-cı illər ərzində Tohid İbrahimbəyli tərəfindən İranın Qum şəhərində toplanaraq maddi maraq qarşılığında qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndəriliblər.

Belə ki, istintaq zamanı Göyüşov Taleh Həsən oğlu və Tohid İbrahimbəylinin yaxın qohumları İbrahimli Həbib Əkbər oğlu, Musayev Pərviz Əlimusa oğlu, Ziyadov Elmir Savadxan oğlunun Yunis Səfərovla birgə İran İslam Respublikasının Qum şəhərində Tohid İbrahimbəyli tərəfindən təşkil edilmiş gizli toplantıda və Suriya ərazisində qanunsuz silahlı birləşmələr tərkibində döyüşlərdə iştirak etdikləri müəyyən edilib. Həmçinin müəyyən olunub ki, Taleh Göyüşov bu il iyulun 10-da Gəncədə polis əməkdaşlarına soyuq silahla hücum edilməsi ilə müşayiət olunan qanunsuz aksiyanın fəal iştirakçısı olub.

Həmin şəxslər iyulun 14-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunublar.

COP29