Reklam: High Technic
hightechnic

Yunus Emre İnstitutu “Türkcə yay məktəbi”ni təqdim etdi

Yunus Emre İnstitutu 2010-cu ildən bəri hər yay yüzlərlə tələbəni “Türkcə yay məktəbi” proqramı ilə Türkiyədə türkcə öyrənməyə və Türkiyəni yaxından tanımağa dəvət edir.

Yenicag.az xəbər verir ki, Yunus Emre İnstitutu bu gün Bakı Dövlət Universitetində Türkologiya fakültəsi tələbələrinə yay məktəbini təqdim edib. Tədbirdə 16 iyul-12 avqust tarixlərində baş tutacaq yay məktəbi ilə əlaqədar ətraflı məlumat verilib. Dünyanın müxtəlif ölkələrində Yunus Emre İnstitutu ilə Türkiyə türkcəsi öyrənən gənclər ötən illərdə olduğu kimi bu yay da Türkiyənin tarixi və turistik bölgələrini gəzərək türk mədəniyyətini tanıma imkanı əldə edəcəklər. 2018 “Türkcə yay məktəbi” proqramı çərçivəsində Türkiyənin 28 şəhərində, 31 fərqli məkanda ümumilikdə 60 saatlıq türkcə dərsləri keçiriləcək. Proqram İstanbulda baş tutacaq gəzinti və bağlanış mərasimi ilə başa çatacaq.

İnstitut proqramın sonunda “Türkcə yay məktəbi”ndə iştirak etmiş gənclərə sertifikat təqdim edəcək.

Qeyd edək ki, hər il ölkəmizdən onlarla gənc Bakı Yunus Emre İnstitutu vasitəsilə yay məktəbinə qatılır, Türkiyəni yaxından tanıyaraq Türkiyə türkcəsinin incəliklərinə yiyələnirlər.

 

www.yenicag.az

1581