Prezident İlham Əliyev Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Yenicag.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Müşahidə Şurasının sədri
Məmmədəliyev Yusuf Ülfət oğlu – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri
Müşahidə Şurasının üzvləri
Babayev İntiqam Vaqif oğlu – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Qurbanov Firudin İsa oğlu – Azərbaycan Respublikası təhsil nazirinin müavini
Səmədov Nazim Adil oğlu – Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Kərimli Mətin İmdad oğlu – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Hüseynov Seymur Elşad oğlu – Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri
Orucov Seymur Vaqif oğlu – “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri
Seyidov Mirhəsən Mirheydər oğlu -“İrəli” İctimai Birliyinin sədri
Hümbətov İlham Gürşad oğlu – “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini.