Yusuf Güney Türkiyəni tərk edir

Türkiyəli müğənni Yusuf Güney ev sahibinin kirayə haqqını 20 min lirədən 50 min lirəyə qaldırmaq istəməsindən sonra ölkəni tərk etmək qərarına gəlib.

Yenicag.az xəbər verir ki, doğulub boya-başa çatdığı İngiltərəyə qayıtmağa hazırlaşan müğənni Türkiyəyə yalnız konsertlər üçün gələcək.