Yutub tələbələrin ən çox istifadə etdiyi kanalları bağlayır.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Yutubda 250-dən çox kanal tələbələrə tapşırıqların həllini satdığı üçün bağlanıb. Məlum olub ki, kanallar tələbələrin kursu daha asanlıqla başa vurması üçün onlara müəyyən “məsləhətlər” verir. Beləliklə, tələbələr lazımi biliklərə yiyələnmədən imtahanlardan keçə bilirlər.
Qeyd edək ki, həmin yönləndirmə videoları arasında hətta 700 milyondan çox izlənilənləri də var.