“Yuventus” bilet satışından da qazandı – Rekord məbləğ

Çempionlar Liqasının 1/8 finalının cavab görüşündə keçirilən “Yuventus” – “Atletiko” (3:0) matçında meydan sahibləri bilet satışından rekord gəlir əldə edib.

Yenicag.az xəbər verir ki, Turin təmsilçisinin qazancı 5,5 milyon avrodur.

Bundan əvvəlki rekord isə qrup mərhələsində keçirilən “Mançester Yunayted”lə oyunda qeydə alınıb. “Yuventus” həmin görüşdən 5 milyon avro qazanıb.