“Yuventus” çempion!

Futbol üzrə İtaliya A Seriyasında da mövsümün çempionu bəlli olub.

Yenicag.az xəbər verir ki, “Yuventus” sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib.

Səfərdə “Roma” ilə qolsuz bərabərə qalan turinlilər ən yaxın izləyicisi “Napoli”ni sona 1 tur qalmış 4 xal qabaqlayıb.

Qeyd edək ki, bu, “Yuventus”un 36-cı çempionluğudur.