“Yuventus”un hücumçusu Kvan-Son Han Qətərə köçməyə hazırlaşır.
Yenicag.az xəbər verir ki, şimali koreyalı forvard Qətərin “Əl-Duhail” klubuna satılır. Son yeni komandasında artıq tibbi müayinədən keçib.
Qeyd edək ki, Turin təmsilçisi ötən ilin yayında “Kalyari”dən icarəyə götürdüyü 22 yaşlı forvardı bir neçə gün əvvəl birdəfəlik transfer etmişdi./Offsideplus.az/