“Yuventus” – “İnter” oyunun vaxtı yenə ertələndi

İtaliya A Seriyasının XXVI turunun təxirə salınmış “Yuventus” – “İnter” oyunun vaxtı yenə ertələnib.

Yenicag.az xəbər verir ki, COVID-19 təhlükəsinə görə, bir dəfə təxirə salınmış oyunun əvvəlcə azarkeşsiz keçirilməsi planlaşdırılsa da, sonradan bu qərar dəyişib.

Qeyd edək ki, İtaliyanın İdman naziri Vincenzo Spadafora A Seriyası oyunlarının hamısının COVID-19 təhlükəsi səbəbindən ləğv olunmasını təklif edib.