“Yuventus” Superliqanı tərk etdi

“Yuventus” Superliqa layihəsindən çıxdıqdan sonra Avropa Klublar Assosiasiyasına (ECA) qayıtmaq üçün müraciət edib.

Yenicag.az xəbər verir ki, bu barədə klubun saytında bildirilir.

Bildirilir ki, iyunun 1-də UEFA-nın prezidenti Aleksandr Çeferin və bu qurumun baş katibi Matias Qrafströmün iştirakı ilə AAK İcraiyyə Komitəsinin iclası keçirilib.

İclasın əvvəlində ECA-nın prezidenti Nasser Al-Xelaifi müraciətində deyib: “Görüşə çox vacib xəbərlə başlayıram. Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, “Yuventus” yenidən birləşmək üçün AAK-a müraciət təqdim edib və bu, yaxın vaxtlarda yekunlaşacaq”.