Sami Xedira “Yuventus”dan ayrılacaq.
Yenicag.az Sky-a istinadla xəbər verir ki, 31 yaşlı almaniyalı futbolçu yayda Turin təmsilçisini tərk edəcək.
Təcrübəli yarımmüdafiəçinin ABŞ və ya Çin klublarından birinə keçəcəyi bildirilir.
Qeyd edək ki, Xedira “Yuventus”da 2015-ci ilin yayından çıxış edir.