“Yuventus” bu il gücünü daha da artırmağı planlaşdırır.
Yenicag.az goal.az-a istinadən xəbər verir ki, “qoca sinyora” müqavilə ilə “Atalanta”ya məxsus olan Deyan Kuluşevskini transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “Yuventus”un 19 yaşlı isveçli üçün 35 milyon avro təklif etdiyi və “Atalanta”nın da “hə” dediyi bildirilir. Kuluşevskinin yaxın zamanda “Yuventus” forması geyinəcəyi gözlənilir.
Bu mövsüm Parma ilə 19 oyuna çıxan yarımmüdafiəçi, 4 qol vurub və 7 məhsuldar ötürmə edib. Kuluşevski İsveç millisinin də üzvüdür.