“Yuventus”un futbolçusu qəzaya düşdü

İtaliyanın “Yuventus” klubunun ulduz futbolçusu Duqlas Kosta avtomobil qəzasına düşüb.

Yenicag.az xəbər verir ki, hadisə Torino-Milan yolunda baş verib.

28 yaşlı futbolçu qəzadan yüngül yara alaraq qurtulub. O, bu səbəbdən 10 gün yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Duqlas Kosta idarə etdiyi avtomobillə hərəkətdə olan zaman öndə gedən taksiyə çırpılıb.