İtaliya “Yuventus”unun prezidenti Andrea Anyelli və vitse-prezidenti Pavel Nedved istefa verib.
Yenicag.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano paylaşım edib.
O bildirib ki, sözügedən funksionerlərlə yanaşı, idarə heyəti də tam tərkibdə vəzifəsindən ayrılıb.
Növbəti aylarda Turin təmsilçisinin yeni strukturunun formalaşdırılacağı vurğulanıb.
Qeyd edək ki, Andrea Anyelli 2010-cu ildən, Pavel Nedved isə 2016-cı ildən “Yuventus”da hazırkı vəzifəni tuturdu./Report/