“Yuventus”un yeni baş məşqçisi təyin edildi

Andrea Pirlo İtaliyanın “Yuventus” futbol klubunun baş məşqçisi təyin edilib.

Yenicag.az klubun rəsmi saytına istinadən xəbər verir ki,  A.Pirlo klub ilə iki illik – 2022-ci ilin 30 iyun tarixinədək müqavilə imzalayıb.

41 yaşlı mütəxəssis bu gün istefaya göndərilən Mauritsio Sarrini əvəzləyib.

Qeyd edək ki, Andrea Pirlo 2011-2015-ci illərdə “Yuventus”da çıxış edib. Sabiq yarımmüdafiəçi Turin klubu ilə 4 dəfə İtaliya çempionu olub.