Yuxarı Qarabağ su kanalında bir nəfər batdı

Yuxarı Qarabağ su kanalının Ağcabədi rayonu, Hacıbədəlli kəndi ərazisindən keçən hissəsində bir nəfər batıb.

Bu barədə Yenicag.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Bildirilir ki, FHN-in “112” qaynar telefon xəttinə 1982-ci il təvəllüdlü Soltanov Osman Əfsər oğlunun batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

COP29