Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Yuxarı siniflərdə və universitetlərdə ənənəvi tədris mərhələli qaydada bərpa olunacaq” - Təhsil Nazirliyinin rəsmisi

“Laborator məşğələlər tələb olunan fənlər üzrə təhsil alan tələbələrin əyani tədrisi bərpa olunacaq”.

Yenicag.az xəbər verir ki, bunu yuxarı siniflər və universitetlərdə ənənəvi tədrisin qismən bərpa olunması ilə bağlı keçirilən brifinqdə çıxış edən Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib.

Vəfa Yaqublunun sözlərinə görə, fevralın 15-dən etibarən, ənənəvi tədrisə mərhələli şəkildə keçiləcək:

“Yaradıcılıq, mühəndislik, və sair ixtisaslar üzrə təhsil alan tələbələr laborator məşğələlər tələb olunan fənlərlə bağlı öncədən hazırlanmış cədvəllərlə əyani şəkildə dərsə başlayacaqlar.

Bu tələbələrin mühazirələri, digər seminar və praktik məşğələləri isə hələlik onlayn rejimdə davam edəcək”.

Şöbə müdiri qeyd edib ki, peşə təhsili müəssisələrində də praktik məşğələlər əyani şəkildə keçiriləcək.

Gülşən Şərif

Loading...

www.yenicag.az

1697