Baku TV Vətən müharibəsi şəhidi Qasım Abdullazadə haqqında reportaj hazırlayıb.
Qasım Abdullazadə 14 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Şəhidin anası Mehbarə Abdullayeva oğlu ilə bağlı xatirələrindən danışarkən qeyd edib ki, Qasıma xüsusi bağlılığı olub:
“Həmişə deyirdilər ki, sən uşaqların arasında ayrı-seçkilik salırsan. O mənə daha yaxın idi. Bəzən işdən gec gələndə görürdüm ki, o biri övladlarım yatıb, amma Qasım mənim üçün süfrə hazırlayıb. Oturub ana-bala söhbət edirdik. O mənim yaşamağım üçün stimul idi”.
Ana oğlunun şəhid olacağını əvvəlcədən hiss edib, onu yuxuda tabutda gördüyünü söyləyib:
“Oktyabrın 13-də səhərə yaxın yuxudan ayıldım, azan oxunduğunu eşitdim. Dua etdim, Qasımın paltarını geyinib uzandım. Yarım saat yatdım, yuxuda onu tabutda gördüm. Daha sonra işə getdim. İş yoldaşlarıma yuxum barədə danışanda məni qucaqlayıb dedilər ki, onun ömrünü uzatmısan. Sən demə, Qasım artıq vurulubmuş”.
Ətraflı süjetdə: