Yüz minlərlə “Telegram” istifadəçisinin şəxsi məlumatı internetə sızdırıldı

Populyar mesencerlər sırasında olan “Telegram” istifadəçilərinin şəxsi məlumatları yayılıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, “Security Lab”ın məlumatına əsasən, bir neçə yüz min istifadəçinin “Allahın gözü” adlı “Telegram”-botda saxlanılan özəl məlumatlarının məxfiliyi pozulub.

Qeyd olunur ki, 774 min sətirdən ibarət olan bazada istifadəçilərin ad-soyadı, ID-i və telefon nömrələri saxlanılır.

Mütəxəssislər internetə sızan həmin şəxsi məlumatların real olduğunu ehtimal edirlər. Onların fikrincə, yaxın vaxtlarda “Telegram”-bot istifadəçilərinə aid daha geniş məlumatlar yayıla bilər.

O da bildirilir ki, bir müddət əvvəl Rusiyanın paytaxtı Moskvanın Taqan rayon məhkəməsi “Allahın gözü” “Telegram”-botun qanunsuz fəaliyyət göstərdiyi haqda qərar çıxarıb.