Yüzlərlə ukraynalı qaçqın Britaniyada EVSİZ QALDI 

Yüzlərlə ukraynalı qaçqın onları yaşayış yeri ilə təmin edən viza vasitəsilə ölkəyə gəldikdən sonra Britaniyada evsiz qalıb.

Yenicag.az xəbər verir ki, fevralın sonundan Ukraynadan olan azı 480 ailə və 180 nəfər yetkin şəxs mənzil çatışmazlığı səbəbindən yardım üçün müraciət edib.

Yaşayışla bağlı problemlər həm “Homes for Ukraine” proqramında, həm də ailə sxemi üzrə vizalar məsələsində ortaya çıxıb.

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, Britaniya qeyri-qanuni miqrantların tutulması zamanı olduğu kimi ukraynalı qaçqınları Ruandaya deportasiya etmək niyyətində deyil.