!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zabil Müqabiloğlunun oğlu: "Atasız yaşamaq çox pisdir"

!Reklam – Yazi

5 il ölümlə çarpışan jurnalist Zabil Müqabiloğlu artıq bir ildir ki, aramızda yoxdur. Uzun müddət qaraciyər sirrozundan əziyyət çəkən Zabil sonda ölümə məğlub oldu.

Jurnalistin 13 yaşlı oğlu Əli deyir ki, həyatının qəhrəmanını, dayağını itirib. Çünki atasız ona çox çətindir:

“Darıxıram. Həmişə zəng vururdum, hal-əhval tuturduq, gəlib məni götürürdü, amma indi bir boşluq var. Atamın həyatımda çox böyük önəmi vardı, onunla birlikdə çox xatirələrim olub. Onsuz yaşamaq çox pisdir”.

Əli deyir ki, atası sanki ömrünün qısa olacağını bilirmiş. Bu, Zabilin yazdığı hekayələrdən, şeirlərdən hiss olunurdu, çünki əksəriyyətinin sonluğu ölümlə bitirdi. Təsadüfdən, ya nədənsə sonuncu hekayəsini də “Son zəng” adlandırmışdı.

Jurnalistin bacısı Sevinc Fərhadova deyir ki, Zabilin yarım qalmış ömrünü, arzularını, xatirəsini daim yaşatmaq üçün onun yazdığı hekayələrdən ibarət kitab çapa hazırlanır: “Zabilin son yazdığı hekayə “Son zəng” olub. Elə kitabın adı da bununla bağlı olacaq. Kitabda Zabilin xarici səfərlərdə çəkdirdiyi şəkilləri, seir və hekayələri, dostlarının xatirə yazıları yer alıb”.

Zabilin yarımçıq hekayələri də qalıb – ömür onları bitirməyə vəfa etməyib: “APA TV-yə çox təşəkkür edirəm, Vüsalə Mahirqızına təşəkkür edirəm. APA TV kollektivi Zabili heç vaxt unutmayıb, onun anım mərasimində, tədbirlərdə hər zaman bizə dəstək olub”.

Qeyd edək ki, Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. 19 il illik peşəkar jurnalist fəaliyyətinə 1998-ci ildə başlayıb. Jurnalistikada ilk addımlarını “525-ci qəzet”də atıb, daha sonra “Tərcüman”, “Avropa” və “Yeni Müsavat” qəzetlərində çalışıb. Müxtəlif vaxtlarda redaktor və baş redaktor vəzifələrini icra edən jurnalist 2017-ci il fevralın 27-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

www.yenicag.az

1513
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv