!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Zabit Səmədov Çeçenistan prezidenti ilə döyüşdü – Video

!Reklam – Yazi

96498Məşhur Azərbaycan döyüşçüsü K-1 ustası Zabit Səmədov Çeçenistan prezidenti Ramzan Kadırov tərəfindən “Qorxunc döyüş” beynəlxalq turnirinə fəxri qonaq qismində dəvət edilib.

Yenicag.az-ın Səmədovun şəxsi “Facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, Çeçenstana səfəri zamanı Azərbaycan döyüşçüsü respublikanın prezidenti Ramzan Kadırov ilə görüşüb. Zabit Səmədov Ramzan Kadırovla sparrinq-döyüş keçirib. Onun sözlərinə görə, döyüş Çeçenistan rəhbərinin iqamətgahında baş tutub.

Döyüşdən sonra Ramzan Kadırov şəxsi instaqram səhifəsində görüşlə bağlı fikirlərini yazıb: “Bazar axşamı mən məşhur dünya kikboksçusu, əziz qardaşım Zabit Səmədovla rinqdə görüşdüm. Biz qardaşcasına sparrinq keçirdik. Boks 4 raund davam etdi. Zabit əla reaksiyaya malikdir, gözəl müdafiə olunur, hücum döyüşünü sevir. Biz bir-birimizə bir sıra zərbələr vurduq. Zabit Səmədovla bir rinqdə olmaq mənim üçün böyük şərəfdir. O, idman aləmində layiqli yer tutub, böyük əmək, güclü iradə və məqsədyönlü olması sayəsində nəticələr əldə edib və tanınıb.”

Zabit Səmədov Qroznı şəhərində avqustun 22-də keçiriləcək turnirin əsas döyüşlərindən birinə çıxacaq. Azərbaycanlı idmançının rəqibi təcrübəli bosniyalı döyüşçü Dzevad Poturak olacaq. Turnir Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun nəzarəti altında keçiriləcək.

Turnirin qonaqları arasında ağır çəki dərəcəsində keçmiş “Qaydasız döyüş” üzrə çempion Frenik Mir, orta çəki dərəcəsində “Qarışıq döyüş” üzrə Kris Baydmən, “Qaydasız döyüş” üzrə müvəqqəti çempion Fabrisio Verdum, ikiqat “World Grand Prix K-1” turnirinin qalibi Bədr Xari, güləş üzrə üç qat Olimpiya çempionu Buvayser Saytisev də olub.

Turnir çərçivəsində keçirilən 17 döyüşdən 14-də Respublikanın “Əhməd” idman klubunun yetişdirdiyi çeçen idmançıları iştirak ediblər. Gecənin əsas hadisəsi Əbdül Kərim Ədilovun braziliya döyüşçüsü Tyaqova Monako Tosato ilə görüşü olub. Elə ilk görüşdə “çeçen şiri” Monakolu rəqib üzərində qalib gəlib.

www.yenicag.az

3494
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv