Zabit Səmədov fransalı rəqibini nokaut etdi

Azərbaycanın məşhur kikboksçusu və MMA döyüşçüsü Zabit Səmədov növbəti qələbəsini qazanıb.

Axar.az xəbər verir ki, o, Fransanı təmsil edən Nayf Didie ilə K-1 qaydaları əsasında keçirilən döyüşdə qarşılaşıb.

Həmyerlimiz rəqibini texniki nokautla məğlub edib. İdmançılar arasında döyüş Çeçenistanda baş tutub.